Baş məşqçi qovuldu, yerinə köməkçisi keçdi
25.12.2015 - 21:11
“Lion” baş məşqçisi Hubert Furnyeri istefaya göndərib. Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Furnyerin qovulmasına səbəb, komandanın son vaxtlar uğursuz çıxış etməsidi. Belə ki, "şirlər" Liqa 1-in ilk dövrəsini 26 xalla 9-cu pillədə başa vurub.
Artıq Furnyerin əvəzləyicisi də bəllidi. "Lion"u bundan sonra onun köməkçisi Bruno Qenesio çalışdıracaq. 49 yaşlı mütəxəssis karyerası ərzində ilk dəfə baş məşqçi kimi çalışacaq. O, əvvəllər futbolçu kimi "Lion"un şərəfini qoruyub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0