[b]BAXCP sədri “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib[/b]
28.08.2015 - 14:35
[b]BAXCP sədri “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib[/b]

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avroliqanın pley-off mərhələsində qazandıqları uğur münasibəti ilə “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.

 

APA-nın xəbərinə görə, təbrikdə qeyd olunur ki, Azərbaycanın futbol ölkəsi kimi tanınmasa da, “Qarabağ” FK-nın ikinci dəfə, “Qəbələ” FK-nın isə ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolumuzun böyük uğuru kimi qiymətləndirilməlidir: “Bu qələbələri sevinclə qarşılayan xalqımız sizdən daha böyük uğurlar gözləyir”.