Bayramovla Akpoveta həkim nəzarətində
26.03.2014 - 12:03
Topaz Premyer Liqasında VI dövrəyə səfərdə başlayacaq “Rəvan” klubu məşqlərini davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, XXVIII tur çərçivəsinə "İnter”in qonağı olacaq “aslanlar” matça ciddi hazırlaşırlar.
"Neftçi” ilə qarşılaşmadan sonra bir gün istirahət edən futbolçular dünən "Bayıl Arena”da yenidən bir araya gəliblər. Baş məşqçi Güvənc Kurtar yetirmələrinə taktiki-texniki məşq keçib. Hazırlıqda bütün futbolçular iştirak edib.
Sadəcə, yüngül zədələri olan Oke Akpoveta və Kamal Bayramov həkim nəzarətində fərdi proqram əsasında məşq edib.
Qeyd edək ki, “İnter” – “Rəvan” matçı martın 30-da “Şəfa” stadionunda keçiriləcək.

0
0