“Mançester Yunayted”ə qayıtmaq imkanı olan hər bir futbolçuya bu şansı qaçırmamağı məsləhət görərdim. Özüm də “Mançester Yunayted”ə məmnuniyyətlə qayıdardım”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Britaniya mətbuatına açıqlamasında sabiq futbolçu Devid Bekhem deyib.
İngiltərə yığmasının, həmçinin “Mançester Yunayted” və Madrid “Real”ının sabiq futbolçusu maraqlı açıqlaması ilə diqqət çəkib.
O, hazırda “Real”ın formasını geyinən Kriştianu Ronaldoya “Mançester Yunayted”ə qayıtmağı məsləhət görüb: ”Ronaldo “Mançester Yunayted” azarkeşlərinin əsl sevimlisidi. Kriştianu ilə birgə oynayan hər kəs deyir ki, o, dünyanın ən istedadlı futbolçularından olmaqla yanaşı, həm də əməksevərdi. Əgər “Real”dan ayrılmaq istəsə, Ronaldo üçün ən yaxşı variant Mançesterə qayıtmaqdı”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI