Bekkenbauer: Almaniya hələ bir neçə il məğlubedilməz olacaq
15.07.2014 - 19:59
Bekkenbauer: Almaniya hələ bir neçə il məğlubedilməz olacaq

 

Almaniya futbolunun canlı əfsanəsi Frans Bekkenbauer milli komanda ilə fəxr etdiyini bəyan edib. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis hazırkı Almaniya yığmasında kollektivliyin fərdiliyə üstün gəldiyini bildirib.

 

Bekkenbauer baş məşqçi Yoahim Lövün ünvanına təriflər yağdırıb: “O, hər şeyi doğru edib. Almaniya yığması turnirin ən yaxşı komandası olduğuna görə, çempionluğa tam layiqdir. Bu komandada bizim ölkəmizin ən yaxşı nümayəndələri toplaşıb. Bu səbəbdən də komanda kimi uğura nail ola bildilər. Bizim Messimiz, Ronaldumuz, və ya digər hansısa superulduzumuz yoxdur. Amma bizim superulduz komandamız var. Almaniya yağmasına qalib gəlmək çətin olacaq. Bu komandanın hələ bir neçə il məğlubedilməz olacağını söyləsəm, yanılmaram”.