Futzal üzrə Azərbaycan milli komandası fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, martın 17-dən 21-dək Bakıda təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlıq məqsədi daşıyan toplanış millimiz 3 yoldaşlıq oyununda da gücünü sınayacaq.
Millimizin belaruslularla qarşılaşmalarının vaxtı da dəqiqləşib. Komandamız fevralın 17-də və ertəsi gün Belarus yığması ilə görüşəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq. Ayın 21-də isə klublar yığması ilə üz-üzə gələcək millimiz saat 15:00-da meydana çıxacaq.
Toplanışa yollanacaq heyət də açıqlanıb. Yığmaya 17 futzalçı çağırılıb: Covani Buranello Laersio, Rövşən Hüseynl, Rizvan Fərzəliyev, Rafael Durval, Ramiz Çovdarov, Namiq Məmmədkərimov, Samir Həmzəyev, Auqusto Sezar, İsa Atayev, Rəcəb Fərəczadə (hamısı “Araz”), Elnur Zamanov, Eduardo Mello, Fernando Da Silva Amadeu, Fineo De Araujo (hamısı “Khazar Islands”), Vitali Borisov (“Fənər”), Xətai Bağırov, Vahib Xodjayev (hər ikisi “Neftçi” İSM).