Belarus yığması Bakıya gələcək
18.08.2015 - 11:16
Belarus yığması Bakıya gələcək

Futzal üzrə Azərbaycan millisi 4 yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının pley-off mərhələsinə hazırlıq xarakteri daşıyan qarşılaşmalar Bakıda baş tutacaq.

 

Millimiz avqustun 24-də və 26-da Türkmənistan, avqustun 30-da və sentyabrın 2-də isə Belarus yığması ilə qarşılaşacaq. Bütün oyunlar “ABU Arena”da təşkil olunacaq.

 

Mənbə: affa.az