Belçikalı futbolçu Azərbaycan klubundan təklif alıb
06.02.2015 - 13:33
Belçikalı futbolçu Azərbaycan klubundan təklif alıb

Belçikanın “Lyers” klubunun futbolçusu Tomas Vils qış fasiləsində Azərbaycandan təklif alıb. Apasport.az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, adı gizli saxlanılan həmin klubla 25 yaşlı yarımmüdafiəçinin danışığı baş tutmayıb.

 

Belə ki, tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə Vils Azərbaycana gələsi olmayıb.

 

Azərbaycan klubuna keçidi alınmayan futbolçu ardınca Qazaxıstan təmsilçisi “Karaqanda” ilə danışığa başlayıb. Vils Antalya toplanışında olan qazaxların düşərgəsinə də qatılıb. Ancaq onun “Karaqanda”ya keçib-keçməyəcəyi hələ dəqiq deyil. Transferi baş tutmasa, Vilsin yenidən Azərbaycan klubu ilə danışıq aparacağı istisna olunmur.

 

Əldə etdiyimiz məlumata görə, Vilsi heyətinə qatmaq istəyən klub “İnter” olub. Qış “transfer pəncərəsi”ndə Hollandiyadan iki oyunçu transfer edən “bankirlər” həmin ölkəyə yaxın olan Belçikadan da futbolçu gətirmək istəsələr də, bu arzuları həyata keçməyib.