Belçikalı futbolçu ikinci dəfə ən yaxşı oldu
13.11.2015 - 23:20
Belçikalı futbolçu ikinci dəfə ən yaxşı oldu

“Mançester Siti”də oktyabr ayının ən yaxşı futbolçusu Kevin De Bruyne seçilib. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytının keçirdiyi sorğuda azarkeşlər belçikalı futbolçunu ardıcıl ikinci dəfə ən yaxşı hesab ediblər.

 

O, bu seçimlərdə müdafiəçi Nikolas Otamendi və yarımmüdafiəçi Fernandinyonu qabaqlayıb.

 

Qeyd edək ki, oktyabr ayında baş tutan 6 qarşılaşmada De Bruyne 2 qol vurub və 5 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.