“Napoli” rəhbərliyi komandanın baş məşqçisi Rafael Beniteslə əməkdaşlığı davam etdirmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, neapollular ispan çalışdırıcıya yeni müqavilə təklif edəcəklər.
Dünən klubun prezidenti Aurelio de Laurentislə Benites arasında görüş keçirilib. Təcrübəli mütəxəssisin işindən razı olan klub rəhbəri onunla yeni müqavilə bağlamaq istədiklərini deyib. Benites isə hələlik təklifə cavab verməyib. Bununla belə, onun yeni müqaviləyə razılıq verəcəyi gözlənilir.
Qeyd edək ki, məşqçilik karyerası ərzində “Valensiya”, “Liverpul”, “İnter” və “Çelsi” kimi komandaları çalışdırmış Benites 2013-cü ildən “Napoli”yə başçılıq edir.