Berti Foqts “Qarabağ”ı təbrik etdi
08.05.2014 - 16:10
Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində dünən “İnter”i 4:1 hesabı ilə məğlub edən “Qarabağ” klubu sona 2 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla əlaqədar millimizin baş məşqçisi Berti Foqts Ağdam klubunu təbrik edib.
Almaniyalı çalışdırıcı “Qarabağ”a yarışacağı Çempionlar Liqasında uğurlar arzulayıb.
0
0