Berti Foqts U-15-lərin oyununda
07.04.2014 - 16:13
Berti Foqts U-15-lərin oyununda

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun izləyəcəyi növbəti oyunların siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həftəsonu Topaz Premyer Liqasının XXIX turunun oyunlarına baxan almaniyalı mütəxəssis aşağı yaş qruplarından olan komandaları da diqqətdən kənar saxlamayıb.

 

Foqts qarşıdakı 3 gün ərzində AFFA tərəfindən təşkil olunmuş müxtəlif liqaların 3 görüşü stadiondan seyr edəcək

 

U-15 liqası, II mərhələ, IV tur

8 aprel, "Şəfa" stadionu

"İnter" - "Xəzər Lənkəran"

 

U-19 liqası, XXII tur

9 aprel, "Şəfa" stadionu

"İnter" - "Neftçi"

 

U-16 Liqası, XXIV tur

10 aprel, AZAL stadionu

AZAL - "Qarabağ"

 

Mənbə: affa.az