Biri gəlir, biri gedir AZAL-da
07.07.2014 - 15:43
Biri gəlir, biri gedir AZAL-da

Növbəti mövsümə hazırlaşan AZAL baxışa daha iki futbolçu dəvət edib. Apasport.az xəbər verir ki, bunlar ukraynalı hücumçu Vladislav Çeçerenka və iranlı 25 yaşlı yarımmüdafiəçi Huseyn Mehrəzmandır.

 

Çeçerenka artıq düşərgədə olsa da, Mehrəzman axşam saatlarına yaxın Bakıya gələcək.

 

Həftəsonu isə daha iki futbolçu baxışa gələcək. Bunlar honduraslı 29 yaşlı yarımmüdafiəçi Luis Ramos və 27 yaşlı nigeriyalı yarımmüdafiəçi Nnaemeka Acurudur.

 

Məlumatı komandanın baş məşqçisi Tərlan Əhmədov da təsdiqləyib.