Bizimkilər Türkiyədə: Yeddisindən üçü
05.05.2014 - 11:19
Bizimkilər Türkiyədə: Yeddisindən üçü

Türkiyə çempionatının I dəstəsində əsas mərhələ başa çatıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə legioner həyatı yaşayan 8 Azərbaycan təmsilçisindən yalnız Branimir Subaşiç pley-offda çıxış edəcək.

 

Onun şərəfini qoruduğu “Orduspor” Superliqaya vəsiqə uğrunda mübarizə aparacaq.

 

Ümumilikdə, mövsüm ərzində Türkiyə klubları ilə bağlı olan 8 oyunumuzdan yalnız 6-sı çempionatda meydana çıxıb.

 

Qapıçılar – qışda geri qayıdan Andrey Popoviç (“Tavşanlı Linyitspor”) və mövsümün son turunda da şans qazanmayan Davud Kərimi (“Fəthiyəspor”) I liqada debüt edə bilməyib. Fərid Quliyev (“Kahramanmaraşspor”), Usim Nduka (“Tavşanli Linyitspor”), Arif İsayev (Dənizlispor) qışda, sonuncunun komanda yoldaşı Saşa Yunisoğlu isə ötən ay klubu ilə yollarını ayırmışdı.

 

Türkiyəyə qışda yollanan Ufuk Budak (“Qaziantep BB”) Kərimi və Subaşiçlə birlikdə mövsümün sonunadək komandasında qalan “üçlük” təşkil edib. Hərçənd, mövsümün startında 7 oyunçumuz Türkiyə klublarının sıralarında idi.

 

Həmyerlilərimiz arasında ən yaxşı nəticələr Branimirə məxsusdur. 30 oyunda 8 qol vuran hücumçu hər iki göstəricidə digər təmsilçilərimizi kölgədə qoyub. Üstəlik, milliləşən serbiyalı pley-offun 3 matçında bu rəqəmləri artıra da bilər.

 

Azərbaycan futbolçuları Türkiyə çempionatının I liqası və kubokuna

futbolçu

çempionat

kubok

oyun

Dəqiqə

Qol (ötürmə)

sarı

qırmızı

oyun

Dəqiqə

qol (ötü

rmə)

sarı

qırmızı

Branimir Subaşiç

30

2327

8 (3)

4

-

2

47

-

-

-

Saşa Yunisoğlu

17

1441

-

2

-

-

-

-

-

-

Usm Nduka

13

1128

-

5

-

2

150

-

-

-

Ufuk Budak

8

704

0 (1)

3

-

8

704

1

3

-

Fərid Quliyev

5

243

-

-

-

1

45

-

-

-

Arif İsayev

5

243

-

-

-

1

45

-

-

-

Davud Kərimi

-

-

-

-

-

1

90

-

-

-

Andrey Popoviç

-

-

-

-

-

1

120

-

-

-