“Pari Sen-Jermen” klubunun baş məşqçisi Loran Blan komanda ilə müqaviləsini uzadıb. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis bundan sonra da «Avropanın ən ambisiyalı klubunda» işləmək istədiyini bildirib.
Qeyd edək Ki, Blanın müqaviləsi 2014/2015-ci illər mövsümünün axırına kimi nəzərdə tutulmuşdu. Hazırkı müqavilə isə 2016-cı ilin sonunda başa çatacaq. Blan PSJ-də qalmaqdan xoşbəxt olduğunu bildirib: «Mən hələ uzun illər bu layihənin bir hissəsi olmaq istəyirəm. Axı PSJ Avropa futbolunda ən ambisiyalı klubdur. Biz bir yerdə çox şeyi arzu edə bilərik».
Loran Blan PSJ-yə ötən il baş məşqçi təyin olunub. O, bu postda Karo Ançelottini əvəz edib. Blan ilk mövsümdəcə PSJ ilə üç turnirdə qələbə qazanıb, ölkə çempionatında qalib gəlinmiş oyun sayına görə yeni rekorda imza atıb.