FİFA prezidenti Yozef Blatter Braziliyada keçirilən dünya çempionatının gedişatından razı qaldığını bildirib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun məmuru turnirin gözlədiklərindən uğurlu olduğunu vurğulayıb.
Blatter çox xoşbəxt insan olduğunu qeyd edib: “Bu, ölkənin, futbolun uğurudur. Mən Braziliya xalqını təbrik etmək istəyirəm. Onlar bu çempionatı qəbul etdilər. Turnir yüksək televiziya reytinqi, mədəniyyət əsərinə bənzəyən gözəl stadionlar və dopinq testlərinin heç bir qanunsuzluq aşkar etməməsi səbəbindən çox gözəl baş tutub. Gəlin son matçların da beləcə uğurla və belə bir atmosferdə keçəcəyini arzu edək”.