İtaliyalı Roberto Mançini ilə yollarını ayıran “Qalatasaray” baş məşqçi məsələsini tez bir müddətdə həll edə bilib. Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, Mirça Luçesku İstanbul klubunu çalışdırmağa razılıq verib.
Bu isə o deməkdir ki, “Şaxtyor”u çalışdıran rumıniyalı mütəxəssis Donetsk təmsilçisini tərk edəcək. Onun 10 illik Ukrayna karyerasını bitirmək istəyi bu ölkədə olan son siyasi durumla bağlıdır. Luçeskunun adı “Qalatasaray”dan öncə Moskva “Spartak”ına namizədlər arasında çəkilirdi.
Qeyd edək ki, Mirça Luçesku 2000-2002-ci illərdə “Qalatasaray”da işləyib. O, bu komanda ilə Türkiyə çempionluğunu və UEFA Superkubokunu qazanıb.