Blatter FİFA prezidentliyindən doymayıb
11.06.2014 - 23:00
Blatter FİFA prezidentliyindən doymayıb

 

FİFA prezidenti Yozef Blatter yenidən dünyanın ali futbol qurumuna rəhbərlik etmək arzusunda olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, bu barədə o, Braziliyanın San-Paulu şəhərində keçirilən konfrans zamanı bildirib.

 

1998-ci ildən FİFA-ya rəhbərlik edən Blatter 2011-ci ildə təkrar bu posta seçilib. Buna qədər o, 2015-ci ildə postunu tərk etmək istədiyini bildirirdi. İndi isə 78 yaşlı futbol məmuru fikrini dəyişib: “Mənim missiyam, bizim ümumi missiyamız hələ başa çatmayıb. Açığını desəm, hazırda irəliyə doğru getmək arzum daha böyükdür”.

 

Qeyd edək ki, son zamanlar Qətərin 2020-ci il dünya çempionatına ev sahibliyi etməsi ətrafında yaşanan korrupsiya qalmaqalı ilə bağlı çoxları Blatteri kəskin tənqid edərək onu vəzifəsindən getməyə çağırırdılar. FİFA prezidenti isə korrupsiya ittihamlarını qəti rədd edir.