Blatter radioda şərhçi olacaq
23.12.2015 - 01:15
Blatter radioda şərhçi olacaq

8 il müddətinə futbolun bütün sahələrindən uzaqlaşdırılan keçmiş FİFA prezidenti Yozef Blatter gələcəyi ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, isveçrəli funksioner boş vaxtlarını istirahətlə keçirmək istəyir.

 

“Futboldan uzaqlaşdırıldıqdan sonra sağlamlığımın qeydinə qalacam. Ailəmə daha çox vaxt ayıracam və istirahət edəcəm”  - deyə Blatter bildirib.

 

Ancaq qocaman idarəçiyə artıq yeni iş təklifi gəlib. Belə ki, o, bir günlük də olsa, Beynəlxalq fransız radiosu RFİ-də Fransa kuboku oyunlarını şərh edəcək.