Blatter yenə etiraz etdi: Videotəkrarların əleyhinəyəm
22.04.2014 - 05:00
Blatter yenə etiraz etdi: Videotəkrarların əleyhinəyəm

 

FİFA prezidenti Yozef Blatter yenidən futbolda videotəkrarların əleyhinə çıxıb. Apasport.az saytının məlumatına görə, Blatter bunun mənfi cəhətlərinə baxmağın lazım olduğunu vurğulayıb.

 

FİFA prezidenti mühafizəkar olduğunu etiraf edib: “Buna görə də, istəmirəm. Matçdakı videotəkrarlar oyunun sürətinə təsir edəcək. Futbolun böyüklüyü ondadır ki, oyun 90 dəqiqə fasiləsiz davam edir. İnsan səhvlərini qəbul etməyi bacarmaq lazımdır. Buna görə də, bu oyun insanlar üçündür”.