Avrokubokların I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında mərhələnin cavab matçlarından sonuncusu Bolqarıstanda keçirilib.
İyulun 10-da baş tutmalı olan “Liteks” – “Veris” qarşılaşmasında II təsnifat mərhələsinin son iştirakçısı bəlli olub. Güclü yağış üzündən təxirə salınan və yenidən keçirilən oyunda meydan sahibləri qalib gəlib.
3 cavabsız qolla mərhələ keçən “Liteks” Macarıstan təmsilçisi “Dioşdyor”un rəqibi olub.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
11 iyul
“Liteks” (Bolqarıstan) - “Veris” (Moldova) – 3:0
Mendi. 27, Cordan, 63, 74
İlk oyun - 0:0