2015-ci ilin ən yaddaqalan 15 futbol hadisəsinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan televiziyası başa çatmaqda olan ilin diqqətçəkən məqamlarının video görüntülərinin hazırlayıb.
Seçilmiş hadisələr arasında Azərbaycan da təmsil olunub. 2015-ci ilin 15 hadisəsindən birinin müəllifi “Qarabağ”dı.
Ağdam təmsilçisinin Topaz Premyer Liqasının oyunu zamanı “Fair Play” qaydalarına əməl edib, düzgün təyin olunmayan penaltini qapıdan yan vurması Bolqarıstanda da diqqətdən yayınmayıb.
Nəticədə “İnter”lə görüşdə Elvin Məmmədovun atdığı addım 2015-ci ilin 15 yaddaqalan hadisəsindən biri olub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”