Böyükağa Hacıyev: Havalanmışdım...
16.07.2014 - 17:57
“Uzun müddət idi görüşmürük. Yəqin ki, bir-birimiz üçün darıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
“Neftçi” sabah Avroliqanın II təsnifat mərhələsi çərçivəsində “Koper”i qəbul edəcək. Bu görüşlə bağlı az öncə Böyükağa Hacıyevin iştirakı ilə mətbuat konfransı keçirilib.
“Ağır oyun olacaq. Neçə gündü rəqibi təhlil edirik. Türkiyə və Avstriyada toplanış keçmişik. Çalışmışıq ki, oyuna yüksək səviyyədə hazırlaşaq. Rəqibi qiymətləndiririk. Çünki bir dəfə “Skenderbeu”dan dərs almışıq. “Koper” meydanda sona qədər mübarizə aparır. Onların əsas qol silahı standard vəziyyətlərdi. Komandanın “Çelik”ə 9 top vurması rəqibin səviyyəsindən xəbər verir. Ancaq bu komandadan çəkinmirik. Çalışacağıq ki, əlimizdə olan materiallardan maksimum yararlanaq” – deyə, Hacıyev bildirib.
Mütəxəssis komandaya yenidən qayıdan Julius Vobayın bu dəfə yarımmüdafiənin sağ cinahında deyil, mərkəzində oynayacağını bildirib: “Vobay yeni mövqedə oynayacaq. Onun üçün yenilik olmasa da, bizim üçün bir ilkdir. Rəqib bizim oyunlardan bir nəticə çıxarıb. Ön xətdə Ernest Nfor və ya Ruslan Qurbanovu oynatsaq, ikisinin də vuran ayağı var. Onlara Samir Məsimov, Vobay və Flavinyo dəstək versə, oyunları da yaxşı alınacaq. Yalnız Denis Silva zədəlidi. Bu gün də məşqdə zədə almasaq, hər şey yaxşıdır”.
Sabahkı qarşılamada yaxşı oyun nümayiş etdirəcəklərinə əmin olduğunu deyən Hacıyev heyətdən şikayətlənib: “İddia reallıqdan doğur. “Neftçi” təkcə Flavinyodan ibarət deyil. Bu gün Flavinyonu meydanda bağlasalar, oyunu Araz üzərində quracağıq. Bunu unutmayın. “Neftçi” nə transfer edib ki? Yenə köhnə futbolçulardı. “Koper” klublarımızın bəxtinə düşən rəqiblər arasında ən güclüsüdü. Bizi heç nə qorxutmur. Bizdə samirlər, elşənlər, elvinlər var. Flavinyo 5 ildi Azərbaycandadı, ona vətəndaşlıq vermək olar. Baxın, hansı komanda dağılmaq üzrədi. “Neftçi” isə stabil fəaliyyət göstərən komandadı. Kim Samir Məsimovdan çempionatda o oyunu gözləyərdi? “Qarabağ” və “Qəbələ” götürərdi də onu? Mənim futbola ayrı baxış tərzim var. Heç vaxt uğursuzluğa görə futbolçuları günahlandırmamışam. Bu dəfə də belə olacaq. Deməli, rəqibi ya zəif təhlil etmişəm, ya da düzgün taktika seçməmişəm”.
Başa çatan XX dünya çempionatı haqda da danışan Hacıyev Braziliya millisinin faciəvi məğlubiyyətinə də toxunub: “Braziliya Almaniyaya 1:7 uduzanda mən havalandım. Ona görə yox ki, Braziliyaya azarkeşlik edirdim. Çünki braziliyalı futbolçularım həmin gün ağlayırdı. Kardosonu, Brunonu, Flavinyonu sakitləşdirmək mümkün deyildi. Onda başa düşdüm ki, onlar vətənlərini necə sevir. İndi üzümü Flavinyoya tuturam. “Koper” elə bil ki, Almaniya klubudu. Meydana çıx və qisasını al”.

0
0