Böyükağa Hacıyev: "Çixura" özünə gələndə, qatar getmişdi
07.08.2014 - 23:35
Böyükağa Hacıyev: "Çixura" özünə gələndə, qatar getmişdi

“Çixura” çox gec ayıldı. Onlar hesab 3:1 olandan sonra özlərinə gəldilər və həmin vaxt qatar artıq getmişdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.


O, Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Gürcüstanın “Çixura” klubu üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib: “Əgər rəqib bir az da tez açıq futbol oynasaydı, daha yaxşı olardı. Qalib gəlmişik və sevinirik”.

Gürcü jurnalistin “Siz dünən demişdiniz ki, şou göstərəcəyəm və bu gün biz meydanda gürcülər və afrikalıların şousun gördük” deməsinə Hacıyev belə cavab verib: “Siz çox cavansınız. Bizim bu gün imkanımız var, futbolçular alırıq. Sizin də əlinizə imkanlar düşsə alarsınız və komandanızı gücləndirərsiniz”.

“Ağ-qaralar”ın çalışdırıcısı gürcü məşqçilərin nəinki Gürcüstanda, hətta Azərbaycanda da onunla bacarmadığını bildirib: “Azərbaycanlı jurnalistlər də bilir ki, bizim komandalarda olan gürcü məşqçilər də bizimlə bacarmır. Bunu hamı bilir”.