“Gərgin oyun oldu. Komandalar bir-birini yaxşı tanıyır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXX turunun “İnter”lə səfər oyunundakı məğlubiyyət ((1:2) haqda fikirlərini açıqlayıb: “Oyunda üstünlük bizdə idi, top dirəkdən qayıdırsa, deməli, qələbə qismətimizdə deyildi. “İnter” ilk hissədə qol epizodu yaratmadı. Bundan sonra ikincilik uğrunda mübarizə “Neftçi” və “İnter” arasında gedəcək. “Bakı” və “Qəbələ” bu gün xal itirərək ikincilik uğrunda yarışda bizdən geri qalırlar. Əsas məqsədimiz qarşıdakı oyunlarda qələbə qazanıb mövsümü ikinci yerdə bitirməkdir. Bütün komandalar, eləcə də “İnter”, “Neftçi”yə qarşı başqa cür köklənirlər. Rəşad Sadiqov oyunda əlindən gələni etdi. Oyundan sonra videoyazıya baxıb oyunçularla söhbət edəcəm”.
Mənbə: pfl.az
[b]Böyükağa Hacıyev: Qələbə qismətimizdə deyildi[/b]
12.04.2014 - 18:41
0
0