Böyükağa Hacıyev: Syominə can borcum var
02.05.2014 - 18:37
Böyükağa Hacıyev: Syominə can borcum var

 

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının XXXIII turunda “Qəbələ”yə məğlubiyyəti şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi qarşıda “Qəbələ” ilə ölkə kubokunun final oyununun olduğunu xatırladıb: “Əsas heyətin yarısının olmamasını bəhanə etməyəcəyəm. Çox istəyən azdan da olar. Əsas odur ki, kubokun finalında qalib gələk. Syominə can borcum var, mayın 22-də qaytarar. Gəncləri meydana buraxdım, bundan sonra oyunun ritmi pozuldu. Amma günahkar gənclər yox, mənəm. Mövsümün sonunda futbolçularda motivasiya çatışmır”.