Böyükağa Hacıyev: Vacib 3 xalı qazandıq
06.04.2014 - 17:42
Böyükağa Hacıyev: Vacib 3 xalı qazandıq

 

“Öz oyunumuzu oynadıq, bir qolla vacib 3 xalı qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu Topaz Premyer Liqasının 29-cu turunda “Bakı” üzərində qələbədən sonra “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib: “İki hissədə də hücumda oynadıq. Son vuruş lazım idi, onu da yekunda bacardıq. “Bakı” izləyicilərimizdən biri idi, aramızdakı xal fərqini artırmalı idik. “Simurq” da “İnter”ə məğlub oldu. Bunu belə də gözləyirdik. Gələn oyun “İnter”lə qarşılaşırıq. Bir günlük istirahətdən sonra hazırlığı bərpa edəcəyik. Pantiç səmimi insandır, heç kim öz ayranına turş deməz. Biz oyun boyu üstün oynadıq, qol gec oldu. Son dəqiqələrdə Nfora olunan hərəkət qırmızı vərəqə idi. Hakim də insandır, hər səhvə görə günahlandırmaq olmaz. Nfor qoldan sonra daha bir epizodu əldən verdi, daha doğrusu Aqil Məmmədov komandasını xilas etdi”.