Branimir Subaşiç forma geyindi, komandası mərhələ adladı
24.09.2014 - 01:15
Branimir Subaşiç forma geyindi, komandası mərhələ adladı

Türkiyə kubokunda II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası "Manisaspor" da ilk görüşünü keçirib.

 

Serb əsilli azərbaycanlı futbolçunun komandasının rəqibi “Çorum Bələdiyəspor" olub

 

İlk hissədə vurulan 4 qoldan sonra (2:2) qalib müəyyənıəşməyib. İkinci yarı və əlavə vaxtda da komandalar fərqlənə bilmədiyindən qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burda isə daha dəqiq oynayan "Manisaspor" qələbə qazanıb və adını növbəti mərhələyə yazdırıb.

 

Komandasının növəti mərhələyə keçdiyi matçda Branimir Subaşiç meydana 77-ci dəqiqədə daxil olub.