Branimir Subaşiç klubunu dəyişdi
24.06.2014 - 14:45
Branimir Subaşiç klubunu dəyişdi

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin yeni mövsümdə oynayacağı klub bəlli olub. Apasport.az saytının məlumatına görə, adı Bakı “İnter”i ilə birgə çəkilən 32 yaşlı hücumçu karyerasını yenə Türkiyədə davam etdirməyə qərar verib.

 

Belə ki, milliləşdirilmiş serbiyalı I liqada mübarizə aparan və yeni ildə iddialı olacaq “Bucaspor”la böyük ölçüdə razılığa gəlib. Türkiyəli həmkarlarımız onun danışıqları müsbət yekunlaşdırdığını və bu günlərdə rəsmi müqaviləyə imza atacağını bildirirlər.

 

Qeyd edək ki, Subaşiç son mövsümü də Türkiyə I liqasında keçirib. O, formasını geyindiyi “Orduspor”un heyətində 32 matça çıxıb və 8 qola imza atıb. Branimir bu qollardan birini məhz penaltidən “Bucaspor”a vurub.