Branimir Subaşiç oynadı, komandası uduzdu
29.12.2014 - 01:01
Türkiyə PTT I Liqasında XV turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" səfərdə "Altınordu" ilə münasibətlərinə aydınlıq gətirib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətdə çıxıb və sona qədər oynayan serb əsilli azərbaycanl futbolçu 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Manisaspor" hazırda 14 xalla 17-ci yerdə qərarlaşıb.
0
0