“Barselona” futbol klubu Çili yığmasının qapıçısı Klaudio Bravo ilə müqavilə imzaladığını elan edib. Apasport.az saytının məlumatına görə, futbolçu buna qədər “Real Sosyedad”ın şərəfini qoruyub.
Qapıçı artıq tibbi müayinədən keçib. Kataloniya klubundan verilən məlumata görə, Bravonun transferi 12 milyon avroya başa gəlib. Futbolçu ilə müqavilə 4 il üçün nəzərdə tutulub. O, “Barselona”da 13 nömrəli futbolka ilə çıxış edəcək.
Klaudio Bravo ötən mövsüm “Real Sosyedad”ın heyətində 37 oyuna çıxıb və 52 qol buraxıb. Onun aktivində 1 məhsuldar ötürmə və 3 sarı vərəqə də var.
Dünya çempionatında isə 4 oyunda çıxış edən Bravo 4 qol buraxıb.