Braziliya daha bir hücumçusunu itirə bilər
06.07.2014 - 18:36
Futbol üzrə Braziliya yığması daha bir hücumçusunu itirmək təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, zədəli Neymarı əvəz edəcəyi gözlənilən Villian məşq zamanı zədələnib.
Hücumçu məşq zamanı müdafiəçi Ernaneslə toqquşub və kürəyindən zədələnib. Bundan sonra o, məşqi yarımçıq tərk etməli olub. Əgər Villian Almaniya ilə yarımfinala kimi sağalmasa, onu Bernard əvəz edəcək.
Xatırladaq ki, komandanın lideri Neymar Kolumbiya ilə oyunda zədələnib. Onurğası sınan futbolçunun bir neçə ay futboldan kənarda qalacağı bildirilir.
0
0