Braziliya İnterpola argentinalıları yoxlatdıracaq
15.04.2014 - 06:14
Braziliya İnterpola argentinalıları yoxlatdıracaq

Braziliya hökuməti İnterpol vasitəsilə Argentina Təhlükəsizlik Nazirliyinə müraciət edib. Apasport.az saytının məlumatına görə, braziliyalılar bu ölkənin potensial təhlükəli futbol fanatlarının siyahısını tələb edirlər.

 

İnterpoldan ilk növbədə “Boka Xuniors”, “River Pleyta”, “Rasinq” və “San-Lorenso”nun azarkeşlərinin siyahısı istənilib. Qeyri-qanuni aksiyalarda və kütləvi iğtişaşlarda adı hallanan azarkeşlər mündial dövründə Braziliya sərhədini keçə bilməyəcəklər.

 

Bəzi hüquq-müdafiə təşkilatları bu cür məlumatların ötürülməsinin yolverilməz olduğunu hesab etsələr də, Argentina tərəfi dünya çempionatının təşkilatçılarını əliboş geri qaytarmaq niyyətində deyil. Bundan əlavə, yaxın günlərdə Braziliya polisinin xüsusi komissiyası Argentinalı fanatların ən böyük qruplaşmasının toplaşdığı Portu-Aleqrini ziyarət edəcəklər.