Türkiyə nəhəngi “Beşiktaş” ölkə daxili və xaricində özünə ehtiyat komanda axtarışına çıxıb. Apasport.az saytının məlumatına görə, artıq bu baxımdan “ağ-qaralar”a ilk təklif gəlib.
Braziliyalının köklü klubu “Vasko da Qama” “Beşiktaş”ın “kiçik qardaşı” olmağı təklif edib. Bunu Türkiyə klubunun prezidenti Fikrət Orman da təsdiqləyib: “Vasko da Qama”nın baş məşqçisi olan keçmiş məşhur futbolçu Romario, həmçinin bu klubun prezidenti Euoro Miranda mənə zəng vuraraq belə bir təklif verdi. Mart ayında həmin klubla müqavilə bağlaya bilərik. Bizim məqsədimiz gənc və istedadlı futbolçuları ucuz qiymətə heyətə qata biləcəyimiz bir klubla anlaşmaqdı”.
Qeyd edək ki, “Beşiktaş” artıq “Vasko da Qama”nın bir neçə gənc oyunçusunu diqqət mərkəzində saxlamağa başlayıb.