Braziliya mundialı tarixdə ən məhsuldar ola bilər
13.07.2014 - 19:49
Braziliyada keçirilən dünya çempionatı tarixdə ən məhsuldar mundial ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Almaniya və Argentina arasında keçirilən final oyununda 2 qol vurulmalıdır.
Hələlik 2014-cü il dünya çempionatı zamanı 63 oyunda 170 qol vurulub. Məhsuldarlıq rekordu isə 1998-ci ildə Fransada keçirilən dünya çempionatına məxsusdur. Fransada qapılara 171 qol vurulub.
0
0