Braziliya prezidenti: Mundiala tam hazırıq
11.06.2014 - 19:41
Braziliya prezidenti: Mundiala tam hazırıq

 

Braziliya futbol üzrə dünya çempionatına tam hazırdır. Apasport.az saytının məlumatına görə, belə bir bəyanatla ölkə prezidenti Dilma Russeff xalqa televiziya müraciəti zamanı bildirib.

 

“Braziliya azarkeşləri öz torpağında qəbul etmək üçün qucağını açıb. Dünya çempionatı ölkə üçün dövlət institutlarının effektivliyi baxımından imtahana çevrilib. Dünya çempionatın hazırlıq əlavə vaxt və penaltilər seriyası tələb olunan çətin oyuna bənzəyir” – deyə, prezident bildirib.

 

Russeff ölkədə stadionlar tikildiyini, hava, dəniz limanlarının, qatar yollarının qurulduğu və təmir edildiyini, nəqliyyat sisteminin yenidən qurulduğunu vurğulayıb: “Bütün bunlar dünya çempionatından sonra ölkəmizə qalacaq”.

 

 

0