Braziliya yığması mundialda qol buraxmaq istəmir
05.06.2014 - 22:28
Braziliya yığması mundialda qol buraxmaq istəmir

 

Braziliya yığmasının müdafiəçisi Tiaqu Silva hesab edir ki, komandası çempionatda bir qol belə buraxmayacaq. Apasport.az saytının məlumatına görə, PSJ-nin oyunçusu braziliyalıların müdafiəsinin bu turnirdə qat-qat güclü olduğunu bildirib.

 

Silva qol buraxmamağın onların əsas məqsədi olduğunu qeyd edib: “Bizim çox güclü müdafiəmiz var. Mən özümü deyil, müdafiənin tam heyətini nəzərdə tuturam. Bütün komanda, xüsusən də müdafiə çox yaxşı hazırdır. Düzdür, əvvəllər Braziliyanın bu xətti barədə danışılmırdı. İndi biz imkanlarımızı göstərmək istəyirik. Mən yoldaşlarıma tam əminəm”.