Braziliya yığmasının üzvü “Real” yolunda
24.11.2015 - 18:14
Braziliya yığmasının üzvü “Real” yolunda

Madrid “Real”ı qış transfer dövründə heyətini gücləndirməyə hazırlaşır. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ispanlar “Santos”un yarımmüdafiəçisi Lukas Lima ilə danışığa başlayıblar.

 

Bu barədə Limanın agenti Edson Xodor məlumat verib.

 

İstedadlı xavbekə İtaliya təmsilçiləri də “elçi düşüblər”. Ancaq “sambaçı”nın “Real”a keçmək ehtimalı daha yüksəkdi. Çünki “Santos” rəhbərliyi onu ən sərfəli təklif göndərən kluba satmaq niyyətindədi.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən ildən “Santos”un formasını geyinir. Bu ildən Braziliya yığmasına da çağırılan Lima millidə 5 oyun keçirib və 1 qola imza atıb.