Braziliyada stadionda toqquşmalar zamanı futbol azarkeşi öldürülüb. Apasport.az saytının məlumatına görə, azarkeş yuxarıdan başına unitaz atılması nəticəsində ölüb.
Hadisə Resifdə yerli “Santa Krus” və “Paranoy” klubları arasında bərabərliklə bitən matçdan sonra baş verib. Oyun başa çatandan sonra meydandan kənarda azarkeşlər arasında toqquşmalar başlayıb. Stadionda olan fanatlar isə əllərinə keçən hər şeyi qıraraq, bir-birinə atmağa başlayıblar. Bəziləri ayaqyolundakı unitazları qıraraq, aşağıda dalaşanların başına atmağa başlayıb. Unitazlardan biri qapının yanında dayanan azarkeşin başına düşüb. Həmin şəxs aldığı zədədən elə hadisə yerindəcə keçinib.
Ölən şəxs stadiona dostları ilə gəlib. Amma olaydan sonra onların hamısı qaçıb. Ölənin adı və yaşı açıqlanmır.