Braziliyada keçirilən futbol üzrə dünya çempionatı ən baxımlı mundiallardan biri olub. Apasport.az saytının məlumatına görə, hazırkı çempionat ancaq 1994-cü ildə ABŞ-da keçirilən turnirdən geri qalır.
Bu barədə FİFA-nın kommunikasiyalar üzrə direktoru Deliya Fişer Rio-de-Janeyrodakı brifinqdə bildirib. Braziliyadakı çempionatların oyunlarını meydanda orta hesabla 52 min 762 azarkeş izləyir. Bu, 2006-cı ildə Almaniyada keçirilən çempionatdan 271 nəfər çoxdur. Rekord isə 1994-cü ildə ABŞ-da keçirilən mundiala məxsusdur. O zaman oyunları orta hesabla 68 min 991 azarkeş ziyarət edib.
Fişer bildirib ki, Amerikadakı rekordun hələ bir müddət qırılmayacağını düşünürlər: “Çünki oradakı stadionların tutumu çox böyükdür”.