Braziliyalı futbolçu “Qalatasaray”a 10 milyon qazandıra bilər
19.07.2015 - 16:30
Braziliyalı futbolçu “Qalatasaray”a 10 milyon qazandıra bilər

“Qalatasaray”ın braziliyalı futbolçusu Aleks Telles Avropa klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə Milanın “İnter” və Fransanın PSJ klubları ciddi maraqlanır.

 

“Cim-bom”un keçmiş baş məşqçisi Roberto Mançininin sərəncamında görmək istədiyi futbolçu üçün “neradzurra” 8 milyon avro təklif edib.

 

PSJ isə mövcud təklifi bir az da artıraraq 10 milyon avro ilə “Qalatasaray”ı razı salmağa çalışır.

 

Türkiyə mətbuatına inansaq, “sarı-qırmızılar” ələ düşən fürsətdən yararlanmaq niyyətindədi.