“İnter”in harada toplanış keçirəcəyini bilirdim. Boş vaxt tapdım və toplanış yerinə gəldim”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in sabiq futbolçusu Bronislav Çervenka deyib.
38 yaşlı çexiyalı Avstriyada təlim-məşq toplanışında olan “bankirlər”in düşərgəsinə baş çəkməsinin səbəbini açıqlayıb. O klubun saytına bildirib ki, komandadakı keçmiş yoldaşlarını yenidən görmək yerinə düşüb: “Bütün bunlar mənim üçün xoşdur. Klubun prezidenti Georgi Nikolov və baş məşqçi Kaxaber Sxadadze ilə görüşüb, söhbətləşmək imkanım da oldu. Bəli, 2 il öncə “İnter”in sıralarını tərk etmişəm, amma indiyədək komandanın fəaliyyəti ilə maraqlanıram. Onları Avropa Liqasında iştirak gözləyir və “İnter”ə qarşıdakı oyunlarda uğurlar arzulamaq istərdim. Komandanın mümkün qədər çox mərhələ keçməsini arzulayıram”.
Qeyd edək ki, Çervenka “İnter”in heyətində 2007-2012-ci illərdə oynayıb.
Bronislav Çervenka: 2 il öncə “İnter”in sıralarını tərk etsəm də...
24.06.2014 - 17:36
0
0