Brozoviç və Oliç millimizə qarşı oynamaya bilər
12.10.2014 - 20:11
Brozoviç və Oliç millimizə qarşı oynamaya bilər

Xorvatiya yığması sabah 2 futbolçusundan millimizə qarşı yararlanmaya bilər. Apasport.az saytının Xorvatiyanın Osiyek şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunlardan biri Marselo Brozoviçdir.

 

Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisinin kiçik zədəsi var. Ona görə də Brozoviçin sabah meydandan kənar qalması mümkündür. Bundan əlavə Bolqarıstanla oyunda heyətdə olmuş İvitsa Oliçin də millimizə qarşı oynayacağı güman edilmir. Artıq 35 yaşı olan futbolçunun yerinə “Riyeka”nın hücumçusu Andrey Kramariçin oynayacağı ehtimal olunur.

0