Budak oynadı, Məhərrəmov baxdı
17.02.2015 - 09:09
Budak oynadı, Məhərrəmov baxdı

Türkiyə çempionatının I liqasında XX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matçında azərbaycanlı futbolçuların çıxış etdiyi iki klub üz-üzə gəlib.

 

Cəmşid Məhərrəmovun formasını geydiyi “Adanaspor” öz meydanında Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB”ni qəbul edib. Bu görüşdə meydan sahibləri 3 xalı 3 qolla qazanıb – 3:2. Təmsilçilərimizdən yalnız Ufuk meydana çıxıb. O, bu qarşılaşmada 90 dəqiqə forma geyib.

 

Qeyd edək ki, 20 turdan sonra adanalılar 25 xalla 12-ci, qazianteplilər 20 xalla 14-cü pillədə qərarlaşıb.