Buffon: …Messi insan olmağa cəhd edər
03.06.2015 - 15:51
Buffon: …Messi insan olmağa cəhd edər

“Çempionlar Liqasının finalına çıxmağa layiq idik. İndi bizi son oyun gözləyir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Yuventus”un təcrübəli qapıçısı Canluici Buffon deyib.

 

İyunun 6-da Çempionlar Liqasının 2014/15 mövsümünün final görüşü keçiriləcək. Berlində baş tutacaq həlledici qarşılaşmada “Yuventus”la “Barselona” klubları üz-üzə gələcək.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən Buffon Kataloniya klubunun heyətində ən çox Lionel Messidən çəkindiyini gizlətməyib. O, argentinalı futbolçu ilə bağlı maraq fikir səsləndirib: “Messi yad planetlidi. Ümid edirəm ki, şənbə günü 90 dəqiqəlik də olsa, bizim kimi insan olmağa cəhd edər”.