Buffon İngiltərə ilə oyuna çıxmır
14.06.2014 - 18:44
İtaliya yığmasının qapıçısı Canluici Buffon dünya çempionatında ilk oyunu buraxacaq. Apasport.az saytının xəbərinə görə, təcrübəli qapıçı zədə səbəbindən İngiltərə ilə matçda forma geyinə bilməyəcək. Onun zədəsinin nə vaxt sağalacağı məlum deyil.
İtaliya mediası ingilislərlə oyunda Buffonun PSJ-nin qapıçısı Salvatore Siriqunun əvəzləyəcəyi bildirilir.
0
0