Buffon İtaliya-Uruqvay matçının ən yaxşısıdır
24.06.2014 - 22:32
Buffon İtaliya-Uruqvay matçının ən yaxşısıdır

 

İtaliya millisinin qapıçısı Canluici Buffon İtaliya-Uruqvay matçının ən yaxşı futbolçusu hesab edilib. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında xəbər verilir.

 

İtaliya-Uruqvay matçı 1:0 hesabı ilə Cənubi Amerika təmsilçilərinin xeyrinə başa çatıb. Bu hesab Uruqvayın 1/8 finala yüksəlməsinə imkan verib. Yeganə qolu 81-ci dəqiqədə Dieqo Qodin vurub.