Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırdı
21.12.2015 - 14:40
Almaniyada baş məşqçi istefası reallaşıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Hannover” klubu çalışdırıcısı Mixael Frontseklə yollarını ayırıb.
Bu ilin aprel ayında klubun “sükan”ı arxasına gətirilən 51 yaşlı mütəxəssis özü istefa vermək qərarına gəlib. O, buna səbəb kimi komandanın uğursuz çıxış etməsini göstərib.
Qeyd edək ki, “Hannover” Bundesliqanın geridə qalan 17 turunda 14 xal toplayıb və hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0