Burak 2019-a kimi “Qalatasaray”da
13.04.2014 - 19:08
Burak 2019-a kimi “Qalatasaray”da

 

“Qalatasaray”ın futbolçusu Burak Yılmaz komanda ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, hücumçu 2019-cu ilə kimi klubda qalacaq.

 

Qeyd edək ki, Burak Yılmazın müqaviləsi 2016-cı ildə bitməliydi. Amma İtaliyanın “Latsio” və “Fiorentina” kimi klublarının 10 milyon avroya almaq istədiyi futbolçu “Qalatasaray”da qalmağı üstün tutub. Klub başqanı Ünal Aysal Yılmaz və menecerlərini masa arxasına əyləşdirərək müqavilənin 2019-cu ilə kimi uzadılmasını nəzərdə tutan protokol imzalatdırıb. Bu protokola görə. Yılmaz ildə 2,5 milyon avro alacaq.