Busketsdən unikal göstərici
14.11.2015 - 16:03
Busketsdən unikal göstərici

“Barselona”nın futbolçusu Serxio Buskets unikal göstəriciyə imza atıb. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı ispaniyalı yarımmüdafiəçi buna İngiltərə ilə yoldaşıq görüşündə nail olub.

 

Dünən keçirilən qarşılaşmada Buskets ötürmələrin dəqiqliyi baxımından, 100 faizlik nəticə göstərib. Belə ki, onun oyun ərzində verdiyi 54 ötürmənin hamısı dəqiq olub.

 

Qeyd edək ki, “Barselona”nın baş məşqçisi Luis Enrike bu yaxınlarda verdiyi açıqlamada Busketsi dünyanın ən yaxşı yarımmüdafiəçisi adlandırmışdı.